BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda universitet prorektoru kitabları dağıtdı: Yığışdırın, canım qurtarsın - VİDEO

Bakıda universitet prorektoru kitabları dağıtdı: Yığışdırın, canım qurtarsın - VİDEO

17-12-2015, 11:08
Oxunub: 2 360 Bakıda universitet prorektoru kitabları dağıtdı: Yığışdırın, canım qurtarsın - VİDEOAzərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində kitab yarmarkası dağıdılıb

Bolgexeber.com AZXEBER.COM-a istinadən xəbər verir ki, universitetin prorektoru kitab yarmarkasını dağıdıb.

Bu haqda məlumatı "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu verib: "Universitetin tələbələri və tələbə həmkarlar birliyi bizdən xahiş etdi ki, onlarda endirimli kitab yarmarkası təşkil edək. Biz rektora məktub yazdıq dedilər ki, razılıq var gəlin. Dünən orda 5 minə yaxın kitabla endirimli yarmarka təşkil etdik. Bu gün prorektor yarmarkanı görüb və çox qəzəblənib, kitabları yığdırıb".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Bayram Aslanov açıqlamasında məsələni belə şərh edib:

“Azərbaycan Memarlıq və İnşaat Universitetində kitab yarmarkasının dağıdılması ilə bağlı xəbərlərə cavab olaraq bildirmək istəyirik ki, son iki gündə universitetimizdə təşkil olunmuş yarmarka tələbələrimizin böyük marağına səbəb olub. Yarmarkanın ikinci günündə stendin yeri nəşriyyatın işçiləri tərəfindən icazəsiz dəyişdirilərək universitetin birinci mərtəbəsində Heydər Əliyevin rəsimləriminin yerləşdiyi stendin önünə qurulub. Buna görə yarmarkada çalışan işçilərə bununla bağlı etirazımız bildirilmişdir. Lakin onlar bunu aqressiv qarşılayaraq məsələni böyüdüb onu ictimaiyətə xoş olmayan bir görüntü şəkilində təqdim ediblər. Və onu da qeyd edim ki, məlum videodakı şəxs universitetin prorektoru deyil. O tələbə şəhərciyinin direktoru Aqşin Kərimovdur”.