Canlı yayımda müxbirin başına gəlməyən qalmadı … (video)
4-01-2016, 16:46
Oxunub: 5 621Yeni il qeyd olunarkən Parisdən canlı yayıma bağlanan kürd müxbirin başına gələnlər hər kəsi heyrətləndirib
Musavat.com xəbər verir ki, canlı yayım əsnasında, oradan keçənlərin kameraya həddindən artıq maraq göstərməsi müxbirə çətin anlar yaşadıb.
Yoldan keçən bir kişinin müxbiri öpməsi isə çətin anların başlanğıcı olub.
Bu vəziyyət qarşısında aparıcı Hejar Erguşi, «Digər həmkarlarımı canlı yayıma bağlanan zaman, qadınlar öpür. Mənim şansıma da kişi düşdü təəssüf ki», -deyərək vəziyyətdən çıxış yolu tapıb.
Müxbir canlı yayımda baş verənləri yoluna qoymağa çalışarkən yenidən bir qrup insan tərəfindən mühasirəyə alınıb. Bu dəfə sağ yanağından bir qadının, sol yanağından isə bir kişinin öpməsi müxbiri sevindirib. O, «Dostlar deyəsən sağ yanağımda da müsbət bir irəliləyiş yaşandı», -deyə zarafat edib.
Qeyd edək ki, həmin gecə buna bənzər daha bir hadisə Taksim meydanında habertürk televiziyasının müxbirinin başına gəlmişdi. Bolgexeber.com