BolgeXeber.Com » BÖLGƏ TV » Məşhurlara qızıl satan qadın 43 bıçaq zərbəsi ilə qətlə yetirildi-VİDEO(YENİLƏNİB)

Məşhurlara qızıl satan qadın 43 bıçaq zərbəsi ilə qətlə yetirildi-VİDEO(YENİLƏNİB)

5-01-2016, 17:44
Oxunub: 4 742 Məşhurlara qızıl satan qadın 43 bıçaq zərbəsi ilə qətlə yetirildi-VİDEO(YENİLƏNİB)O, Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub

Bakıda ilin ən ağır cinayət hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında yerləşən mənzildə baş verib.

"Qızıl Məryəm" kimi tanınan 1960-cı il təvəllüdlü Məryəm Namədzadəyə naməlum şəxslər evində 43 bıçaq zərbəsi yetirib və hadisə yerindən qaçıblar.

İlkin ehtimala görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib. Mərhumun qızı övladını məktəbə aparmaq məqsədilə evdən çıxıb. Qayıdıb gələndə isə mənzilin qapısının açıq olduğunu, anasının isə qan içində yerdə uzandığını görüb.

Qonşu: "Heç nə eşitmədim. Qızı bircə qışqırdı ki, apardılar, qaçdılar. Ağlayırdı. Onların evinə başqa heç kim gəlmirdi".

Qətlin tamah məqsədilə törədildiyi ehtimal edilsə də, məlum olub ki, evdən heç nə aparılmayıb. Daha doğrusu, mənzildən qızıl-zinət əşyaları tapılmayıb. Bunu mərhum Məryəm Namədzadənin qızı hüquq-mühafizə orqanlarına bildirib.

Qapının içəridən açılması evə gələn şəxslərin ailəyə yaxın adam olduğu mesajını versə də, ekspertlərin fikrincə, qapının açarsalma üsulu ilə açılması istisna olunmur. Məlumat üçün bildirək ki, nə binanın girişində, nə də mənzillərdə, dəhlizdə heç bir kamera olmayıb. Faktı Nəsimi rayon prokurorluğu araşdırır.

Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.



***

14:38

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Bolgexeber.com Qafqazinfo-ya istinadən xəbərinə görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.
Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.
Nəsimi rayon Prokurorluğundan bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.
Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.

Bolgexeber.com