BolgeXeber.Com » BÖLGƏ TV » Sabunçuda məktəb direktoru məhkəmə qərarlarına məhəl qoymur-VİDEO
Sabunçuda məktəb direktoru məhkəmə qərarlarına məhəl qoymur-VİDEO
8-01-2016, 09:13
Oxunub: 4 346Baş verənlərdən sonra Cavad Səfərov saxta əmrlər, əsassız ərizələr, donoslar toplayaraq hüquq mühafizə orqanlarına təqdim edib
Ötən süjetlərimizin birində Sabunçu rayon 22 saylı məktəbdə diretkor əvəzi olan Cavad Səfərov və məktəbdə idman müəllimi çalışan Müşfiq Əliyev arasında yaşanan problemdən bəhs etmişdik. Adıçəkilən şəxslər arasında yaşanan çəkişmə məhkəməyə qədər gedib çıxsa da məsələ yenə öz həllini tapmayıb . BTV-yə danışan Müşfiq Əliyev söyləyir ki, bugünədək baş tutan məhkəmələr, eyni zamanda 2016-ci il yanvarın 6-sı Apellyasiya Məhkəməsində yekunlaşan prosesdə qərarlar onun xeyrinə qəbul edilib. Lakin Cavad Səfərov bunların heç birinə əməl etməyib. Bildirək ki, 8 il Sabunçu rayonu 22 saylı orta məktəbdə idman müəllimi kimi çalışan Müşfiq Əliyev məktəbdə baş alıb gedən qayda pozuntularını aşkar etdiyinə görə adıçəkilən məktəbin direktoru Cavad Səfərovla münasibətləri pozulub. Baş verənlərdən sonra Cavad Səfərov saxta əmrlər, əsassız ərizələr, donoslar toplayaraq hüquq mühafizə orqanlarına təqdim edib. Bütün bunların hamısına rədd qərarları veriləndən sonra o, saxta əmrlərlə Müşfiq Əliyevi dərnək rəhbəri vəzifəsindən, daha sonra saxta töhmətlərlə işdən çıxarıb. Bundan sonra Müşfiq Əliyev 4 ayrı- ayrı iddialarla məhkəməyə ərizələr verib. Bolgexeber.com