BolgeXeber.Com » BÖLGƏ TV » Xüsusi təyinatlılar Masallıda “Baron Şəmi”ni belə tutdular - Video

Xüsusi təyinatlılar Masallıda “Baron Şəmi”ni belə tutdular - Video

8-01-2016, 11:43
Oxunub: 5 809 Xüsusi təyinatlılar Masallıda “Baron Şəmi”ni belə tutdular - VideoŞəmsəddin Kərimovun tutulmasının görüntüləri yayılıb

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Əvvəllər 6 dəfə məhkum olunmuş “Baron Şəmi”nin evinin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

Bolgexeber.com ANS-ə istinadən keçirilən xüsusi əməliyyatın görüntülərini təqdim edir: