BolgeXeber.Com » BÖLGƏ TV » Nizami rayonunda bir binanın sakinləri liftsiz qalıblar-VİDEO

Nizami rayonunda bir binanın sakinləri liftsiz qalıblar-VİDEO

9-01-2016, 10:40
Oxunub: 3 440 Nizami rayonunda bir binanın sakinləri liftsiz qalıblar-VİDEOPaytaxt sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir

Nizami rayon Qara Qarayev prospekti 109 ünvanında yaşayan sakinlər də qeyd etdiyimiz problemlə üz-üzədir. 12 mərtəbəli yaşayış binasının sakinləri bir liftə minəndə, bir də mənzil başına sağ-salamat çatanda şükür edirlər. Sakinlər bildirir ki, 2000-ci ildə istifadəyə verilən bina 16 il ərzində bir dəfə də olsun tam təmir edilməyib.
Xatırladaq ki, 2009-cu ildə ölkə başçısının sərəncamına əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
Bolgexeber.com