Oxunub: 3 789Rusiya Prezidenti Vladimir Putinin yerişi növbəti dəfə lağ obyektinə çevrilib
Axar.az xəbər verir ki, Amerikanın məşhur “Deyli şou” proqramının aparıcısı Stiven Kolbert Putinin yeriyərkən sağ əlini hərəkət etdirməməsini istehza ilə şərh edib.
“Mən dünyada belə hərəkət edən tək adam deyiləm. Putinin də yerişi belədir. Onun bu hərəkəti o qədər nəzərə çarpandır ki, alimlər bu barədə məqalə yazıb. Putin yeriyəndə sağ əlini bədəninə sıxır və sol qolunu yellədir. Alimlər bunu Putinin DTK keçmişi ilə əlaqələndirir. Yəni o sağ əlində tapança hədəfi vurmağa tam hazırdır. Mən heç bir təlim olmadan hədəfi tam vura bilərəm. Məni asanlıqla DTK-ya götürərlər”, - şoumen bildirib.