BolgeXeber.Com » BÖLGƏ TV » Yastığınızın altında nə qədər pul var? - VİDEOSORĞU

Yastığınızın altında nə qədər pul var? - VİDEOSORĞU

26-01-2016, 19:39
Oxunub: 2 995 Yastığınızın altında nə qədər pul var? - VİDEOSORĞUMaliyyə Naziri Samir Şərifovun ANS-ə açıqlamasında səsləndirdiyi bəzi fikirlər mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb oldu

Belə , nazirin istiqrazlarla bağlı məlumat verərkən dediyi “Mən vətəndaşları dəvət edirəm ki, evdə yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar” fikri birmənalı qarşılanmadı. S.Şərifov yüksək məbləğdə pulu evdə saxlamağı risk adlandırdı və əhalini vəsaitlərini istiqraza yatırmağa səslədi.

Musavat.com olaraq biz də əhalidən “yastıq altında” nə qədər vəsaitlərinin olduğunu soruşduq.

Paytaxt sakinləri arasında keçirdiyimiz sorğudan məlum oldu ki, insanların bir qismi gündəlik yaşam xərclərini ödəməyə belə çətinlik çəkir.

Respondentlərimizdən Sərvər adlı gənc bildirdi ki, onların ailəvi gəlirləri yalnız xərclərini qarşılamağa yetir: “Hərə özünə görə büdcə planlayır. Gərək o büdcə ilə bütün xərcləri qarşılaya biləsən. Ruzinin azını da, çoxunu da Allah verir. Ona görə də, şükür eləmək lazımdır”.

Ravid adlı sorğu iştirakçısı isə devalvasiyadan sonra pul yığa bilmədiklərini dedi: “ Devalvasiyadan sonra yastığımızın altında demək olar ki, pul qoya bilmirik. Qiymətlər bahalaşır, xərclər artır. İşsiz olduğum üçün ehtiyatda pulum yoxdur”.

Sual ətrafında digər maraqlı cavablar da səsləndirildi. Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.