BolgeXeber.Com » BÖLGƏ TV » Prezidentin məmurlara tövsiyə etdiyi “Lifan” - FOTOLAR/VİDEO

Prezidentin məmurlara tövsiyə etdiyi “Lifan” - FOTOLAR/VİDEO

27-01-2016, 10:19
Oxunub: 12 717 Prezidentin məmurlara tövsiyə etdiyi “Lifan” - FOTOLAR/VİDEOBunlar – «Lifan 720», «Lifan 820» və «X60» krossoverdir

“Naxçıvan Avtomobil Zavodu (NAZ) ölkə məmurlarının istifadəsi üçün bir neçə adda model təklif edə bilər. NAZ-ın istehsal gücü ildə 5 min avtomobil təşkil edir. Amma 2 növbəli iş qurulsa, bu rəqəmi ildə 10 min avtomobilə çatdırmaq olar. İstənilən qədər avtomobil istehsal edə bilərik, təki alıcılar olsun”.

Bunu fins.az-a NAZ-ın direktoru Musa Abdullayev Prezident İlham Əliyevin məmurların «Lifan» avtomobillərindən istifadəyə çağırmasına münasibət bildirərkən deyib.
M.Abdullayevin sözlərinə görə, hazırda Naxçıvan Avtomobil zavodunda 10 adda avtomobil istehsal edilir. Bunlardan əksəriyyəti məmurların və dövlət nümaynədələrinin istifadəsi üçün yararlıdır: «Məsələn 2016-cı ildən etibarən yeni «Lifan 820» modelinin istehsalına başlamışıq. Bu biznes sedan sayılır. Avtomomatik sürət qutusu ilə təmin edilib».

Ümumiyyətlə, zavod direktoru deyir ki, məmurların istifadəsi üçün 3 model təqdim oluna bilər. Bunlar – «Lifan 720», «Lifan 820» və «X60» krossoverdir.
Direktor bildirib ki, hazırda zavodun anbarlarında satışa hazır olan 180 avtomobil var.