BolgeXeber.Com » BÖLGƏ TV » Yevlaxda nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı + FOTO, VİDEO

Yevlaxda nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı + FOTO, VİDEO

30-01-2016, 09:39
Oxunub: 5 318 Yevlaxda nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı + FOTO, VİDEOAğdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib

Hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Belə ki, nişandan qayıdan maşın karvanının önündə hərəkət edən “Dodge” markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub.

Bundan sonra arxadan gələn "VAZ-21015" markalı avtomobil də müvazinəti itirərək onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri- Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı 5 nəfərin də yaralanıb və vəziyyətləri olduqca ağırdır.
Bolgexeber.com

Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.