BolgeXeber.Com » BÖLGƏ TV » Bacısının evlilik verilişinə getməyindən danışdı - “Səviyyəmi endirməyin”

Bacısının evlilik verilişinə getməyindən danışdı - “Səviyyəmi endirməyin”

5-02-2016, 09:52
Oxunub: 2 961 Bacısının evlilik verilişinə getməyindən danışdı - “Səviyyəmi endirməyin”"20 ildir ailəsi dağılan xanımın da yuva qurmaq haqqı var"

Xalq artisti Brilliant Dadaşova bacısı, Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşovanın Türkiyənin "Fox" telekanalında yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılması ilə bağlı xəbərə münasibət bildirib.

Bolgexeber.com
primetime.az-a istinadən xəbər verir ki, Rafael Dadaşov keçmiş həyat yoldaşının proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O, bildirib ki, Sədaqəti Türkiyəyə bacısı Brilliant Dadaşova göndərib.

Hazırda Türkiyədə olan Brilliant Dadaşova bu söhbətlərdən təngə gəldiyini deyib:

“Ailə qurmaq ayıb deyil, təklik Allaha məxsusdur. 20 ildir ailəsi dağılan xanımın da yuva qurmaq haqqı var. İnsanın yaşlı vaxtında yanında yoldaşı olmalıdır. O niyə evində tək ölməlidir ki?!”.

Xalq artisti bu məsələdə onun adını hallandıranlara da üz tutub:

“Başa düşmürəm, axmaq insanlar məndən nə istəyir? Onların özünü araşdırsan nə qədər çirkab tapmaq olar. Öz gözlərində tiri görmürlər, başqasının gözündə tük axtarırlar. Mənim səviyyəmi endirməyin! Səviyyəsiz insanlara hesabat vermək fikrim yoxdur. Mədəni insanlar hər şeyi olduğu kimi başa düşür. Söz-söhbət axtaran insanlar da öz işləri ilə məşğul olsunlar. Ayıb başqqa şeylərdir, gedib onunla məşğul olsunlar. Ad-san qazanan insanlar, ordenli adamlar ayıb işlər görür. Mən bu söhbətlərdə adımın hallanmasını istəmirəm”.