BolgeXeber.Com » BÖLGƏ TV » "Barselona" - "Selta" matçında Messidən qeyri-adi penalti yerinə yetirilib - VİDEO

"Barselona" - "Selta" matçında Messidən qeyri-adi penalti yerinə yetirilib - VİDEO

15-02-2016, 11:28
Oxunub: 3 590 "Barselona" - "Selta" matçında Messidən qeyri-adi penalti yerinə yetirilib - VİDEOİspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi qeyri-adi penalti zərbəsi yerinə yetirib

"Report"un məlumatına görə, kuryoz olay ölkə çempionatının XXIV turunda "Selta" ilə oyunun 81-ci dəqiqəsində qeydə alınıb.
Argentinalı hücumçu özünün qazandığı penalti nəticəsində topu birbaşa qapıya göndərmək əvəzinə komanda yoldaşı Luis Suaresə ötürüb. Suares isə öz növbəsində topu tora qovuşdurub. Bu, kataloniyalıların 4-cü qolu olub. Suares isə qollarının sayını 23-ə çatdıraraq, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldunu 2 top qabaqlayıb. Oyun "Barselona"nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, vaxtilə bu cür penalti Hollandiya "Ayaks"ında çıxış etmiş Yohan Kroyff və Yesper Yonsonun sayəsində məşhurlaşıb.