19 yaşlı qız varlı kişiləri tovlayıb soyurmuş (VİDEO)
15-02-2016, 16:38
Oxunub: 4 433
Nyu Yorkda yaşayan 19 yaşlı qız özündən yaşlı kişiləri tovlayaraq qarət edirmiş
BAKU.WS-in məlumatına görə, o hər dəfə gözəlliyindən və seksual görünüşündən istifadə edərək kişiləri başdan çıxarmağı bacarıb.
Aleksandra Martinez adlı qızın hədəfi əsasən varlı kişilər olub. Hər gecə bəzənən Aleksandra elit barların birinə gedirmiş. Orada zəngin yaşlı kişi taparaq onunla tanış olub, özünü sevdirməyi bacarır. Daha sonra seks xidməti təklif edib. Razılaşma əsasında ya evə, yaxud da otelə gedirmiş. Adəti üzrə orada yaşlı kişinin içkisinə dərman töküb onu yatırdırmış. Daha sonra kişinin bahalı əşyalarını və pulunu götürüb qaçırmış.
Aleksandra Martinez bu minvalla 31 ədəd bahalı saat, 100-ə yaxın iPhone, qızıl və ziynət əşyaları, eləcə də 60 min dollara yaxın pul oğurlayıb.
Sonuncu dəfə isə oğurluğa cəhd edərkən polisə yaxalanıb. Məhkəməyə qədər polis onu 50 min dollar müqabilində zaminə buraxıb. Hazırda kişilərin ağlını başdan alaraq onları talan edən 19 yaşlı gözəlçə məhkəmənin qərarını gözləyir.

Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər