BolgeXeber.Com » BÖLGƏ TV » Şamaxı və Şəki şəhərində səhiyyənin vəziyyəti nə yerdədir? -VİDEO

Şamaxı və Şəki şəhərində səhiyyənin vəziyyəti nə yerdədir? -VİDEO

17-02-2016, 17:13
Oxunub: 5 301 Şamaxı və Şəki şəhərində səhiyyənin vəziyyəti nə yerdədir? -VİDEOÖlkəmizdə bütün sahələrdə gedən intibah özünü başlıca sahələrdən biri olan Səhiyyədə də göstərməkdədir

Hər il paytaxtda və bölgələrdə bir çox tibb ocaqları tikilib istifadəyə verilir,təmirə ehtiyacı olanlar isə əsaslı şəkildə təmir olunur.Şamaxı rayon Mərkəzi Xəstəxanası da yenidən təmir olunub, ən son müasir tibbi avadanlıqlarla, istilik sistemləri ilə təmin olunub.Xəstəxana gündəlik qida və dərman preparatları ilə təchiz olunub və 360 çarpayıdan ibarətdir.
Bu tibb ocağında Təcrübəli həkim və tibb işçiləri çalışır.Burada qrafik əsasında qəbula gələn insanlar hərtərəfli müayinədən keçirilir, ehtiyacı olanlar ambulator müalicəyə cəlb edilir, lazımi məsləhətlər verilir.
Xəstəxananın reanimasiya şöbə müdiri Rasim həkim bildirdi ki,şəkərli diabet xəstələri üçün ayrılan dərmanlar pulsuz olaraq vaxtı-vaxtında xəstələrə paylanılır.Hazirda dünyada tüğyan edən H1M1 virusu ilə bağlı Mərkəzi Xəstəxana lazimi dərmanlarla təmin olunub və bu virusa yoluxma baş verərsə dərhal qarşısının alınması üçün bütün lazımı tədbirlər görüləcək.”
Sağlamlıqlarını düzgün həkimlərə etibar etdiklərini vurğulayan sakinlər də bu tibb ocağından və burada çalışan kollektivdən öz razılıqlarını bildirdilər.
Şəki rayon Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyev deyir ki,Şəki Mərkəzi rayon Xəsətxanası 180 minə yaxın əhaliyə tibbi xidmət göstərir.Xəstəxanaın tərkibində 15 həkim məntəqəsi,3 kənd xəstəxanası , təcili yardım stansıyası və digər məntəqələr fəaliyyət göstərir. Həkimin sözlərinə görə H1 M1 virusu ilə bağlı əhalinin çoxluq təşkil etdiyi yerlərdə dezinfeksiya işləri aparılır və bütün profilaktik tədbirlər görülür.
Yerli sakinlər də artıq müalicə üçün başqa bölgələrə və yaxud ölkələrə getməyə ehtiyac qalmadığı üçün onlara yaradılan bu şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Günü-gündən xəstəliklərin, infeksiyaların artdığı bir vaxt sağlamlığınıza qarşı laqeyid olmayın,məhz bu cür müasir tibb ocaqlarına müraciət edərək,daim sağlam qalın!
Aytən Yaşar
Niyaməddin Buludlu
Niyaməddin Əşrəfov
BTV