Ankarada dəhşətli terror: 28 ölü,61 yaralı - VİDEO
18-02-2016, 09:57
Oxunub: 3 795Hərbçiləri daşıyan maşınlara hücum olub
Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb.
23:22
Ankarada terror aktı zamanı ən azı 20-21 nəfər ölüb. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.
Onun sözlərinə görə, daha 61 nəfər yaralıdır.
22:38
Ankarada baş vermiş terror hadisəsində ölənlərin sayı 18 nəfər çatıb. Ankara Valiliyinin verdiyi son məlumata əsasən, daha 45 nəfər yaralanıb.
Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçilərini daşıyan maşınlara bombalı hücum edilib.
21:59
Ankarada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir.
Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi ilə bağlı yayım qadağası tətbiq edib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb.
21:20
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər yollanıblar.