BolgeXeber.Com » BÖLGƏ TV » Ankaradakı terror aktının görüntüləri yayılıb — VİDEO

Ankaradakı terror aktının görüntüləri yayılıb — VİDEO

18-02-2016, 10:32
Oxunub: 3 729 Ankaradakı terror aktının görüntüləri yayılıb — VİDEOAnkarada törədilmiş terror aktının baş verdiyi an videomüşahidə kameraları tərəfindən qeydə alınıb

Son məlumatlara görə terror aktını törədənlərin kimliyi barədə araşdırmalar aparılır.

Baş qərargahın açıqlamasında yaralıların ümumi vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, terror hadisəsi nəticəsində yaralanan 61 yaralıdan 30 nəfəri ambulator müayinədən sonra evə buraxılıb. Digər 31 nəfərdən 8-nin müalicəsi “Gülhanə Hərbi Tibbi Akademiyası” (GATA), 23 nəfərin isə müalicəsi mülki xəstəxanalarda davam edir.

Həmçinin xəbərdə, terakt zamanı yaralanan general-mayor Reha Üfüq və həyat yoldaşının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Ölü sayının çoxalacağı istisna edilmir.

Son məlumatlara görə, 28 nəfər ölüb, 78 nəfər isə yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 10-nun vəziyyəti çox ağırdır.

(SİA)