BolgeXeber.Com » BÖLGƏ TV » BTV-nin adından sui-istifadə edənlər peyda olub-VİDEO

BTV-nin adından sui-istifadə edənlər peyda olub-VİDEO

18-02-2016, 17:20
Oxunub: 3 672 BTV-nin adından sui-istifadə edənlər peyda olub-VİDEOMəsələ ilə bağlı bütün lazımı addımlar atılacaq

Bolge TVBolgexeber.com saytının adından sui-istifadə edərək bir sıra saxta səhifələr və qruplar açılıb.Görünür bunu edən şəxslər öz çirkin məqsədlərini yerinə yetirmək üçüm bu addımı atıblar.Bolgexeber-in rəhbəri Vasif Turan bununla bağlı açıqlama verərək,bildirdi ki, Bolge TV-yə və Bolgexeber.com saytına aid olan səhifələrdə yalnız bizim öz xəbərlərimiz paylaşılır.Qondarma səhifələr də isə yersiz məlumatlar paylaşılır.Bununla da bizə məxsus olan səhifələrlə saxta səhifələri ayırmaq mümkündür.
Direktor həmçinin qeyd etdi ki, bu yaxınlarda çirkin əməlləri özlərinə peşə seçən bu şəxslər bir az da irəli gedərək Bolge TV-nin adından ayri-ayri rayon rəhbərləri ilə danışıqlar aparıblar.
Vasif Turan sonda bildirdi ki,bunu edən şəxslər təbii ki,bu dələduzluğa görə cəzasız qalmayacaqlar , artıq bu şəxslər barədə hüquq mühafizə orqanlarına məlumat verilib və məsələ ilə bağlı bütün lazımı addımlar atılacaq!