BolgeXeber.Com » BÖLGƏ TV » ƏMDK-nın 11 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)
ƏMDK-nın 11 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)
19-02-2016, 13:37
Oxunub: 3 770Artıq 1 aya yaxın müddətdir ki, start götürən “Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlarla necə işləyir?” layihəsi davam etməkdədir
Bir çox bölgələrdə aparılan çəkilişlərdən növbətisi Şəmkir rayonunda baş tutub. Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın reyestr xidmətinin 11 saylı ərazi dairəsində aparılan sorğu zamanı aydın oldu ki, komitə fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanaraq, vətəndaşlara xidmət sahəsində bir sıra uğurlar əldə edib. Qeyd edək ki, ötən ilin mart ayından etibarən daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi vətəndaşlara müvafiq orqanlara baş çəkmək zərurəti olmadan onlayn rejimdə kompleks xidmətlər göstərir. Bolgexeber.com