BolgeXeber.Com » BÖLGƏ TV » Sürücülərin iştirakı olmadan qərar çıxarılmayacaq – VİDEO

Sürücülərin iştirakı olmadan qərar çıxarılmayacaq – VİDEO

25-02-2016, 11:11
Oxunub: 1 113 Sürücülərin iştirakı olmadan qərar çıxarılmayacaq – VİDEOMartın 1-də qüvvəyə minəcək qaydalar sürücünün iştirak hüququnu təmin etmək üçün polisin üzərinə məsuliyyət qoyur

Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara baxılarkən sürücülərin yol polisi orqanlarına, onların vəzifəli şəxslərinin yanına çağırılması qadağan idi. Belə bir məcburiyyət olmadığına görə, bir sıra hallarda sürücülərin iştirakı olmadan qərarlar çıxarılırdı. Bu isə təbii ki, müəyyən mübahisələrə səbəb olurdu. Buna son qoymaq üçün yeni İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.

“Xəzərxəbər”in məlumatuna görə , qayda pozan sürücülərə tərtib edilən protokola baxılma qaydaları dəyişir. Söhbət protokolların araşdırılması zamanı sürücünün prosesdə iştirakından gedir.
Martın 1-də qüvvəyə minəcək qaydalar sürücünün iştirak hüququnu təmin etmək üçün polisin üzərinə məsuliyyət qoyur.
Sürücünün çağırılması üçün ona bildirişlər təqdim edilməlidir. Bildirişlər iki formada hazırlana bilər
Çağırışa baxmayaraq sürücü bildirişdəki tarixdə iştirak etməsə onda qərar onun iştirakı olmadan qəbul ediləcək.