BolgeXeber.Com » BÖLGƏ TV » İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı – VİDEO

İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı – VİDEO

25-02-2016, 14:02
Oxunub: 3 729 İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı – VİDEO“Təxminən 10 dəqiqə can verdi”

Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi məlum olub.

Oxu.Az xəbər verir ki, müğənninin qohumu Əli Mirəliyev jurnalistlərə açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ürəyində trombla bağlı problem olub, həmçinin müğənninin böyrəyinin biri işləmirmiş.

“Tromb, təzyiqi, şəkəri var idi. Ürəyində problem var idi. Böyrəyinin biri işləmirmiş. Bu gün səhər deyib ki, özümü pis hiss edirəm, Əli Mirəliyevə xəbər edin. Gəldim gördüm ki, keçinib, yoxdur həyatda. Təxminən 10 dəqiqə can verdi. Təcili yardım maşını gələnə kimi vəfat edib”, - deyə, Ə. Mirəliyev bildirib.
Bolgexeber.com