BolgeXeber.Com » BÖLGƏ TV » Kişilərin maddi vəziyyəti, qadınların etibarı və satılan eşq — VİDEO

Kişilərin maddi vəziyyəti, qadınların etibarı və satılan eşq — VİDEO

26-02-2016, 10:36
Oxunub: 3 200 Kişilərin maddi vəziyyəti, qadınların etibarı və satılan eşq — VİDEOİnternetdə paylaşılmış bir video qadın-kişi münasibətlərini bir daha ictimaiyyətin müzakirəsinə çıxarıb

Ölkə.az xəbər verir ki, ABŞ-da çəkilmiş qısa bir videoçarxda sosial eksperiment aparılıb.

Kafedə əyləşmiş gənc və gözəl xanıma, gənc, amma kasıb geyinmiş bir oğlan yaxınlaşır. Xanım ona yaxınlaşan pijamalı oğlanı gözucu süzərək sevgilisinin olduğunu söyləyir və ondan əl çəkməsini tələb edir.

10 dəqiqə sonra isə qızın oturduğu açıq havadakı kagenin qarşısında bahalı "Mazeratti" idman avtomobili yaxınlaşır və maşından gözəl geyinmiş bir kişi düşür. Kişi həmin gənc qadına yaxınlaşaraq ona tanış olmağı təklif edir. qadın heç düşünmədən gülümsəyərək onun təklifini qəbul edir. Elə bu vaxt onlara qadının 10 dəqiqə əvvəl tanış olmaq istəmədiyi pijamalı oğlan yaxınlaşır. Oğlanı görən "Mazeratti"dən düşən şıx geyimli şəxs dərhal ayağa qalxır və maşının açarını oğlana verir. Gənc oğlan qadına bu şəxsin onun sürücüsü olduğunu söyləyərək pijamasını və koftasını soyunaraq ona verir. Daha sonra gənc oğlan "Mazeratti"yə yaxınlaşır və elə bu zaman həmin qadın yerindən durub ona tərəf qaçır və onunla tanış olmağa razı olduğunu söyləyir. Amma oğlan yalan söyləyən, mal-dövlət düşkünü və ikiüzlü qadınlara nifrət etdiyini bildirərək maşınına oturub gedir.