BolgeXeber.Com » BÖLGƏ TV » Biləsuvar və Cəlilabad rayonlarında səhiyyənin durumu necədir? VİDEO

Biləsuvar və Cəlilabad rayonlarında səhiyyənin durumu necədir? VİDEO

26-02-2016, 18:33
Oxunub: 2 789 Biləsuvar və Cəlilabad rayonlarında səhiyyənin durumu necədir? VİDEOBiləsuvar rayon mərkəzi xəstəxanası hazırda təmir edildiyi üçün Mərkəzi Xəstəxananın həkim,işçi heyəti müvəqqəti olaraq Xirmandalı kənd xəstəxanasında yerləşiblər

Hazırda bu xəstəxanada 89 həkim,300-dən çox tibb işçisi çalşır.Həkim Cəfərov onu da qeyd etdi ki,Mərkəzi Xəstəxanaya müraciət edən şəkərli diabet xəstələri də vaxtı-vaxtında lazımı dərman preparatları ilə təmin olunmaqdadır.
Baş həkim əlavə olaraq eyd etdi ki,qonşu ölkələrdən gələn virusların qarşısını almaq üçün müntəzəm olaraq gömrük idarələrinə gedərək,orada yoxlanışlar aparılır.
Müasir usullarla təmin olunan və ən son aparatlarla təchiz olunan Cəlilabad Mərkəzi Diaqnostikası da şəraiti və xəstələrə qayğısı ilə diqqət çəkir.Diaqnostikanın baş həkimi Eldar Hacıyev btv-yə müsahibə verərkən bildirdi ki, burada bütün lazımı avadanlıqlar mövcuddur.O həmçinin əlavə etdi ki,Səhiyyə Nazirliyinin tapşırığı ilə fevral ayının 15-dən xəstələrin kütləvi müayinəsinə başlanılıb.
Hər halda görünən odur ki,artıq külli miqdarda pul xərcləyib xarici ölkələrə getməyə ehtiyac yoxdur,çünki insanların sağlamlığının qayğısına qalmaq üçün ölkəmizdə yetəri qədər şərait yaradılıb.
Bolgexeber.com