BolgeXeber.Com » BÖLGƏ TV » Saakaşvili rəis müavinini iclasdan qovdu - Video

Saakaşvili rəis müavinini iclasdan qovdu - Video

27-02-2016, 15:42
Oxunub: 2 597 Saakaşvili rəis müavinini iclasdan qovdu - VideoOdessa vilayətinin qubernatoru Mixail Saakaşvili İqtisadi İnkişaf Şurasının iclasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisindən zalı tərk etməsini istəyib

Bolgexeber.com Axar.az-a istinadən xəbər verir ki, iclasda Odessanın prokuroru David Sakvarelidze, polis rəisi Georgi Lortkipanidze iştirak etdiyi halda UTX-nin vilayət rəhbəri Sergey Batrakov gəlməyib.

“Mən UTX-nin bu münasibətinə dözmək istəmirəm. Siz qoz mafiyasını və digərlərini dəstəkləyirsiz. Hardadır UTX-nin vilayət rəhbəri? Birinci müavin, rəhbəriniz haradadır? İşdə? Ukrayna prezidentinin qurduğu bu şura UTX rəhbəri üçün iş deyil? Batrakov burda olmalıdı, kimdir ki bizi boykot edir? Qoy, UTX-nin rəisi təcili bura gəlsin”, - Saakaşvili bildirib.

UTX rəsmisi cavab vermək istəsə də, Saakaşvili ona əngəl olub və ondan zalı tərk etməsini tələb edib.
Bolgexeber.com