BolgeXeber.Com » BÖLGƏ TV » Moskvada DƏHŞƏT: əlində kəsilmiş uşaq başı olan hicablı qadın saxlanıldı – VİDEO (+21)

Moskvada DƏHŞƏT: əlində kəsilmiş uşaq başı olan hicablı qadın saxlanıldı – VİDEO (+21)

29-02-2016, 16:00
Oxunub: 2 606 Moskvada DƏHŞƏT: əlində kəsilmiş uşaq başı olan hicablı qadın saxlanıldı – VİDEO (+21) Moskvada əlində kəsilmiş uşaq başı olan hicablı qadın saxlanılıb

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə rəsmi nümayəndəsi Yuliya İvanova “Moskva” agentliyinə bildirib.

Qadının uşağın dayəsi olduğu bildirilir. Uşağın meyiti yanğın baş vermiş mənzildə tapılıb. REN TV telekanalının məlumatına görə, əlində uşağın başını saxlayan hicablı qadın “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında “Allahu əkbər” qışqıraraq ətrafdakıları özünü partlatmaqla hədələyib.

Qeyd edək ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı olmayan meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb. Metro yaxınlığında tutulan qadın həmin uşağın qətlində şübhəli bilinir.

Rusiya İstintaq Komitəsi fakt üzrə araşdırmalara başlayıb.

Dörd yaşlı qızın qətlində şübhəli bilinən qadının şəxsiyyəti müəyyənləşdirilib. “LifeNews” telekanlının məlumatına görə, Gülçöhrə Bobokulova Özbəkistan vətəndaşıdır. Qadın dindirilmə zamanı törətdiyi cinayəti ərinin xəyanəti ilə izah edib.

Telekanal qeyd edir ki, qadın ərinin xəyanətinin dayə işlədiyi evlə hansı əlaqəsinin olduğunu izah edə bilməyib.

Hüquq-mühafizə orqanlarında mənbə bildirib ki, Gülçöhrə Bobokulova psixotrop maddələrin təsiri altındadır. Rusiyanın İstintaq Komitəsi 1977-ci il təvəllüdlü şübhəlinin məhkəmə-psixiatrik ekspertizasına göndərildiyini açıqlayıb.
Bolgexeber.com