BolgeXeber.Com » BÖLGƏ TV » Moskvada uşağın başını kəsən dayə: “Putindən intiqam aldım” - VİDEO

Moskvada uşağın başını kəsən dayə: “Putindən intiqam aldım” - VİDEO

3-03-2016, 17:20
Oxunub: 3 367 Moskvada uşağın başını kəsən dayə: “Putindən intiqam aldım” - VİDEOMoskvada 4 yaşlı qızı qəddarlıqla öldürən dayə Gülçöhrə Bobokulova qətli törətməyinin səbəblərini açıqlayıb

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, azyaşlını öldürməkdə günahlandırılan dayə cinayəti nə üçün törətməsi barədə sualı cavablandırarkən bunu Rusiyadan Suriyanın intiqamını almaq üçün etdiyini bildirib: “Qanı kim töküb? Putin təyyarələrdən bombalayır. Niyə müsəlmanları? Niyə bombalayırsınız? Niyə heç kim heç nə demir? Onlar da yaşamaq istəyirlər. Suriyada balaca uşaqları bombalayıb, öldürürlər. Mən də Putindən intiqamımı aldım”.
Moskvada uşağın başını kəsən dayə: “Putindən intiqam aldım” - VİDEO

Qeyd edək ki, dayənin atası 62 yaşlı Bəhrəddin Turayev qızının əməlinə görə üzr istəyib. İttiham olunan dayə isə məhkəmədə etdiyi əməli öncədən planlaşdırdığını və peşman olduğunu bildirib. Lakin o, etdiyi cinayətə görə qızın valideynlərindən üzr istəməyib, Allahdan başqa heç kimdən üzr istəməli olmadığını qeyd edib.

Xatırladaq ki, sözügedən dəhşətli cinayət fevralın 29-da Moskvada törədilib. Dayə Gülçöhrə Bobokulova 4 yaşlı qızı öldürüb başını kəsdikdən sonra evi yandırıb. O, əlində uşağın başıyla birlikdə “Oktyabrskoe pole” metrostansiyasına yollanıb.