BolgeXeber.Com » BÖLGƏ TV » Qaxda bu körpüdən keçmək təhlükəlidir - Video

Qaxda bu körpüdən keçmək təhlükəlidir - Video

4-03-2016, 10:21
Oxunub: 2 991 Qaxda bu körpüdən keçmək təhlükəlidir - VideoBir vaxtlar Qax şəhərinə yeganə giriş vasitəsi olan körpü indi qəzalı vəziyyətdədir

Bolgexeber.com Kanal S-ə istinadən xəbər verir ki, Şəki-Qax yolu yenidən inşa olunarkən Kürmük çayı üzərindən salınan yeni körpülər gediş-gəlişi xeyli asanlaşdırsa da, köhnə körpü əhəmiyyətini tam olaraq itirməyib. Güclü turizm potensialına malik olan Qaxın girişində yerləşən körpünün belə vəziyyətdə olması təəssüf doğurur. Körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır. Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər.

Sözü gedən körpü 1936-cı ildə tikilib. Bu amili nəzərə alaraq Kürmük çayı üzərindən əlavə olaraq hər birinin uzunluğu 138 m olmaqla 3 ədəd körpü tikilərək sakinlərin istifadəsinə verilib. Ancaq köhnə körpü rayon mərkəzi ilə kəndlər arasında məsafəni xeyli qısaltdığından ondan indi də geniş istifadə olunur.

Qax rayon Yol İstismar İdarəsindən isə bildirilib ki, istismar müddətini başa vurduğundan həmin körpünün yük götürmə qabiliyyəti günün tələblərinə cavab vermir. Bununla belə, oradan piyadaların, eləcə də örüşə aparılan heyvanların keçməsi təhlükə yaratmır.

Hər halda, sakinlər məsələdən xəbərdar ola bilər, ancaq bu, körpüdə xəbərdarlıq nişanın qoyulmamasına əsas vermir. Belə nişanın qoyulması ən azından kəndə avtomobillə gələn qonaqların təhlükəsizliyi baxımdan zəruridir.