BolgeXeber.Com » BÖLGƏ TV » ƏMDK-nın 15 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEO

ƏMDK-nın 15 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEO

5-03-2016, 10:15
Oxunub: 4 957 ƏMDK-nın 15 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEOMüstəqillik tarixinə yeni quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır

Həllini tapan problemlərə nümünə olaraq vətəndaşların daşınmaz əmlak problemlərini də göstərmək olar.Bildiyiniz kimi BTV artıq bir müddətdir ki,Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlarla necə işləyir? adlı layihəyə start verib.Layihə çərçivəsində artıq bir çox bölgələrdə olaraq sakinlərin daşınmaz əmlak problemləri ilə maraqlanmışıq və aydın olub ki, Əmlak Məsələləri Dövlət Komitəsi sakinlərin çətinliklərini aradan qaldırmaq üçün əllərindən gələni əsirgəmirlər. Btv.az olaraq bu dəfə Azərbaycanın Şimal-Qərb bölgəsində yerləşən Qazax və Tovuz rayonlarına yollandıq.Orada səfərdə olarkən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 15 saylı ərazi idarəsinin fəailiyyəti nəticəsində vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatı ilə bağlı heç bir çətinlik çəkmədiklərinin şahidi olduq.
Qeyd edək ki,ötən ilin mart ayından etibarən Daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi vətəndaşlara müfaviq orqanlara baş çəkmək zərurəti olmadan onlayn rejimde kompleks xidmətlər göstərir.Layihələrdən asılı olaraq onlara çıxış bir pəncərə sistemi vasitəsi ilə həyata keçirilir ki,bu da əhaliyə göstərilən xidmətlərin səviyyəsini xeyli artırmağa xidmət edir.
Bolgexeber.com