BolgeXeber.Com » BÖLGƏ TV » Heydər Əliyevin qucağındakı uşaq “Qarabağ”ın futbolçusu imiş - VİDEO

Heydər Əliyevin qucağındakı uşaq “Qarabağ”ın futbolçusu imiş - VİDEO

7-03-2016, 14:46
Oxunub: 2 929 Heydər Əliyevin qucağındakı uşaq “Qarabağ”ın futbolçusu imiş - VİDEO“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevin maraqlı görüntüləri yayılıb

Newsport.az xəbər verir ki, kadrlar 1997-ci ildə çəkilib.

Videoda mərhum prezident Heydər Əliyevin qucağındakı uşağın məşhur futbolçu Qarayevin olduğu məlum olub.

Xatırladaq ki, təsadüfi görüş Heydər Əliyevin Pakistan prezidenti Sərdar Əhməd Xanla qaçqınların məskunlaşdığı yataqxanaya səfəri zamanı baş tutub. Qarayev prezidentə gül aparır. Onu qucağına götürən Əliyev gələcəyin futbolçusuna uğurlar arzulayır:
Bolgexeber.com