BolgeXeber.Com » BÖLGƏ TV » Belarus milisi uşağın həyatını belə xilas etdi – VİDEO

Belarus milisi uşağın həyatını belə xilas etdi – VİDEO

7-03-2016, 21:44
Oxunub: 2 317 Belarus milisi uşağın həyatını belə xilas etdi – VİDEOÖzü avtomobilin altına düşüb

Belarusun Vitebsk şəhərində Mühafizə Departamentinin əməkdaşı Sergey Batalko yolda uşağı xilas edərkən özü avtomobilin altına düşüb.

Bolgexeber.com “Telegraf”a istinadən xəbər verir ki, milis işdən evə qayıdırmış.

Altıncı sinif şagirdi ilə eyni vaxtda yolu keçən Batalko avtomillərdən birinin sürücüsünün dayanmaq fikrində olmadığını görüb. Sayılı saniyələr ərzində milis oğlanın çantasından tutub geri çəkərək onu zərbədən qoruyub.

Milis əməkdaşı hadisə nəticəsində xəsarət alsa da, xəstəxanaya getmək istəməyib.

Qəzaya səbəb olmuş “Pejo”nun 58 yaşlı sürücüsünü inzibati məsuliyyətə cəlb ediblər. Belarus DİN fərqlənən milisin mükafatlandırılması məsələsini həll edir.