BolgeXeber.Com » BÖLGƏ TV » İŞİD-in çeçen komandiri öldürüldü — VİDEO

İŞİD-in çeçen komandiri öldürüldü — VİDEO

9-03-2016, 10:55
Oxunub: 3 412 İŞİD-in çeçen komandiri öldürüldü — VİDEOYayılan xəbərə görə, Suriyada İŞİD terror təşkilatının qafqazlı komandirlərindən biri öldürülüb

Ölkə.az CNN kanalına istinadən xəbər verir ki, bu haqda ABŞ komandanlığındakı mənbə məlumat verib.

Kanal ABŞ komandanlığındakı etibarlı mənbəyə istinadən xəbər verir ki, Əbu Ömər Əş-Şişani (çeçen Ömər) kimi məşhur olan və İŞİD terror təşkilatının ən mühüm post tutan komandirlərindən biri ABŞ aviasiyasının zərbələri zamanı öldürülüb.

Məlumata görə, Əbu Ömər Kobani və Deyr əz-Zor ətrafında gedən döyüşlərə komandirlik edib.

Kanal xəbər verir ki, Ömər Əş-Şişani 4 mart tarixində Şəddadi yaxınlığında hava zərbəsi ilə öldürülüb.