BolgeXeber.Com » BÖLGƏ TV » “Azəryolservis” Xaləddin İsgəndərovun təpəsini dağıtdı - FOTOLAR, VİDEO

“Azəryolservis” Xaləddin İsgəndərovun təpəsini dağıtdı - FOTOLAR, VİDEO

9-03-2016, 19:40
Oxunub: 1 527 “Azəryolservis” Xaləddin İsgəndərovun təpəsini dağıtdı - FOTOLAR, VİDEOBinəqədi rayonu ərazisində, Bakı-Sumqayıt yolunun kənarlarındakı təpələr sökülür

Bir neçə il öncə dövlət büdcəsindən milyonlarla vəsait hesabına yol kənarlarında salınmış təpələr 2015-ci ildən etibarən sökülməyə başlamışdı.

Səbəb kimi metronun“Avtovağzal” stansiyasına yerüstü tunelin çəkilməsi göstərilirdi. O zaman bu təpələrin təqribən 200 metrə yaxın hissəsinin sökülməsi əmri verildi. Külli miqdarda vəsait xərclənən bu təpələr qısa zamanda icra hakimiyyəti tərəfindən söküldü.

İndi Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun saldığı yolkənarı təmtəraqlı təpələri də yenidən sökülür.

Musavat.com-un verdiyi məlumata görə, söküntü Avtovağzal kompleksinin yaxınlığında aparılır. Ərazidə “Azəryolservis” ASC-nin əməkdaşları fəaliyyət göstərirlər.

Ərazidə çalışanlar söküntü işini “Azəryolservis” ASC tərəfindən aparıldığını bildiriblər: “Bir neçə gündür ki, söküntü prosesi gedir. Yalnız Avtovağzal kompleksinə yaxın olan ərazidəki təpəciklər sökülür. Söküntüyə “Azəryoservis”in baxdığını bilirik. Deyilənə görə, təpənin sökülməsinə səbəb magistral yolla bağlıdır, yol genişləndiriləcək”.

“Azəryolservis”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yolkənarı təpələrin sökülməsinin səbəbini belə izah etdi: “Hazırda sökülən təpə nəqliyyata maneə törədirdi. Avtomobillər həmin təpəyə yaxınlaşdıqda yüngül manevr edərək, qarşı yol çıxırdılar. Bu zaman “Şamaxinka” adlanan ərazidə sıxlıq yaranırdı. Bu səbəbdən də təpənin müəyyən hissəsi 15 metr eni, 5 metr uzunluğu olmaqla sökülür. Bu məsələnin sürüşmə zonasına aidiyyatı yoxdur”.

Mətbuatda həmin təpələrin Bakı-Sumqayıt yolundakı sürüşmənin əsas səbəbi olduğu qeyd edilir. Belə ki, təpələrin həm yola saldığı ağırlığın, həm də oradakı yaşıllığın gündəlik olaraq suvarılmasının yolun sıradan çıxmasına səbəb olduğu qeyd edilir.