BolgeXeber.Com » BÖLGƏ TV » Quba və Xaçmazda səhiyyənin durumu nə yerdədir? VİDEO

Quba və Xaçmazda səhiyyənin durumu nə yerdədir? VİDEO

10-03-2016, 17:52
Oxunub: 3 160 Quba və Xaçmazda səhiyyənin durumu nə yerdədir? VİDEO“Bölgələrimizdə səhiyyənin durumu nə yerdədir ?” adlı layihəmiz öz axarıyla davam edir

Bu dəfə isə ölkənin şimalında yerləşən Quba və Xaçmaz rayonlarına yollanaraq,orada səhiyyənin durumu ilə maraqlandıq.İlk olaraq yolumuzu Quba rayon Mərkəzi Xəstəxanasından saldıq. Azərbaycan Prezidenti İlham Əliyevin Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən 2013-cu ildə burada yeni Mərkəzi Rayon Xəstəxanası tikildi. Ən son müasir avadanlıqlara təmin olunan bu xəstəxanada xəstələrə xidmət də yüksək səviyyədədir.Xəstəxananın poliklinika şöbəsinin endokrinoloqu Səidə Camalova bildirdi ki, “poliklinikamızda şəkər xəstələri üçün daim yeni dərman preparatları gətirilir və bütün xəstələr lazımı dərmanlarla təmin olunur”.

Xaçmaz Mərkəzi rayon Xəstəxanası da yenicə təmir olunub və bütün lazımı avadanlıqlarla təmin olunub.Mərkəzi Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri Nazir Adilov bildirdi ki, “ yanvar ayından etibarən qripə yoluxanlar bizə müraciət edib və onlarda H1M1 virusunun olub olmadığını yoxlamaq üçün analizlər götürmüşük lakin bu virus heç bir xəstədə aşkarlanmayıb”.
Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşların sağlamlığına verdiyi önəmin təzahürüdür.
Bolgexeber.com