BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO

Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO

12-03-2016, 16:23
Oxunub: 3 575 Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTODövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir

Bolgexeber.com xəbər verir ki,Novruz bayramı ərəfəsində rayonun Komanlı kəndinə də mavi yanacaq verilib.Martın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev ,Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SOCAR rəhbərliyi təmsilçilərinin, , “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri Cəlilabad rayonunun Komanlı kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak etmişdir.Mərasimdə bildirilmişdir ki, 442 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2380 metr uzunluğunda müxtəlif diametrli polietilen və 31379 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 442 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 43 kəndi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO
Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO
Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO
Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO
Cəlilabadın Komanlı kəndinə təbii qaz verilib-FOTO