BolgeXeber.Com » BÖLGƏ TV » Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO

Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO

17-03-2016, 12:31
Oxunub: 3 038 Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO“Güclü baş ağrılarım var, gözlərim ağrıyır. Yəqin ki, ilk növbədə səhhətimdə yaranan problemlərlə bağlı müalicə almağa çalışacağam”

Rauf Mirqədirov barəsində çıxarılmış həbs cəzası şərti cəza ilə əvəzlənməklə azadlığa buraxılıb.

Mirqədirov azadlığa buraxılandan sonra jurnalistlərə açıqlamasında günahsız olaraq həbs edildiyini, ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib. Jurnalist bildirib ki, nəinki Ermənistan, eləcə də hər hansı başqa ölkənin xüsusi xidmət orqanları ilə heç vaxt əməkdaşlıq etməyib. “Mənim həbsim Azərbaycanı istəməyən qüvvələrin işi idi”-jurnalist deyib.

R.Mirqədirov deyib ki, həbsdə olarkən təkadamlıq kamerada saxlanılıb, səhhətində problemlər var. “Güclü baş ağrılarım var, gözlərim ağrıyır. Yəqin ki, ilk növbədə səhhətimdə yaranan problemlərlə bağlı müalicə almağa çalışacağam”-o deyib. R.Mirqədirov həbsdə olduğu müddətdə ona dəstək verən həmkarlarına, insan haqları müdafiəçilərinə, azadlığa çıxmasında rolu olan hər kəsə minnətdarlıq edib. Bununla belə əlavə edib ki, şərti cəza hələ tam azadlıq deyil və haqqında çıxarılmış hökmdən bəraət almağa çalışacaq.

* * *11:11

Az əvvəl Apellyasiya Məhkəməsinin qərarı ilə “Zerkalo” qəzetinin şərhçisi, jurnalist Rauf Mirqədirov azadlığa buraxılıb.

Virtualaz.org saytının məhkəmənin gedişini izləyən əməkdaşının verdiyi xəbərə görə Mirqədirovun barəsində çıxarılmış həbs qərarı dəyişdirilib.

Jurnalist 2014-cü ilin apelində həbs edilmişdi, onu Ermənistanın xeyrinə casusluqda ittiham edirdilər. Ötən ilin dekabrında məhkəmə Mirqədirova 6 il həbs cəzası vermişdi. Xəbər yenilənəcək.

Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO
Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO
Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO
Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...”-VİDEO