BolgeXeber.Com » BÖLGƏ TV » Bəstəkar Rafiq Babayevin də həlak olduğu metro teraktından 22 il ötdü

Bəstəkar Rafiq Babayevin də həlak olduğu metro teraktından 22 il ötdü

19-03-2016, 11:43
Oxunub: 3 488 Bəstəkar Rafiq Babayevin də həlak olduğu metro teraktından 22 il ötdü1994-cü ilin bu günü, martın 19-da ölkə Novruz bayramını qeyd etməyə hazırlaşdığı bir gündə, saat 13.00-da "20 Yanvar" metrostansiyasına atan qatar stansiyada dayandığı zaman partlayış baş verdi

Qatarın birinci vaqonunda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşdü və baş verən partlayış nəticəsində 14 nəfər həlak oldu, 49 nəfər yaralandır. Həlak olanların arasında Azərbaycan respublikasının xalq artisti, istedadlı bəstəkar Rafiq Babayev da vardı.

Bu gün o hadisədən 22 il keçir.

O vaxt hamı bu partlayışın terror aktı və onun müəllifinin erməni terrorçuları olduğunu güman edirdi. Tezliklə gümanlar doğruldu. Qanlı terakt ermənilərin əl işi idi, ancaq onlar bunu başqasının əliylə görmüşdülər. İstintaq nəticəsində məlum oldu ki, terror aktının icraçıları "Sadval" separatçı təşkilatının üzvləridir. Tezliklə onlar həbs olundu, istintaq zamanı məlum oldu ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olublar və orada onlara xüsusi təlim keçiblər.

Terror aktının icrasında və təşkilində iştiraka görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunub, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarıb, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.

Ermənilər və "sadval"çılar 19 martı terror aktı günü olaraq təsadüfən seçməmişdilər. Məqsəd Azərbaycan xalqının qədim və müqəddəs bayramını qara gətirmək idi.

Sonda istedadlı bəstəkarımız öz ifasında səslənən bir mahnısı ilə onu və 19 mart terrorunda həlak olan vətəndaşlarımızın xatirəsini yad edək. Allah onlara rəhmət, terror sifarişçilərinə və icraçılarına isə lənət eləsin.

Musavat.com