BolgeXeber.Com » BÖLGƏ TV » Azadlıqda olan siyasi məhbuslarla görüş-VİDEO

Azadlıqda olan siyasi məhbuslarla görüş-VİDEO

19-03-2016, 14:05
Oxunub: 1 338 Azadlıqda olan siyasi məhbuslarla görüş-VİDEOMəhbusların Novruz bayramını öz ailələrinin yanında keçirməsi gözəl və alqışlanan təşəbbüsdür!

Bildiyiniz kimi Prezident İlham Əliyev martın 17-də əfv Fərmanı imzalaması ilə 14 siyasi məhbus cəzadan azad edildi. Əfv edilənlər sırasında Müsavat Partiyası sədrinin müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov, eləcə də Sirac Kərimli, Pərviz Həşimov, NiDA-çılar – Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Prezident Administrasiyasının keşmiş rəhbəri Akif Muradverdiyev, Hilal Məmmədov, Taleh Xasməmmədov, Nemət Pənahlı da var.
Biz də BTV olaraq adı çəkilən 2 şəxsin Rəşadət Axundov və Nemət Pənahlının evində olduq.İlk olaraq həmsöhbətimiz Rəşadət Axundov BTV-yə “azadlıqda olmanın qarışıq bir hiss olduğunu lakin mübarizə yoldaşlarından içəridə qalanlar olduğu üçün çox təəssüfləndiyini bildirdi.
Rəşadət Axundovun atası Fikrət Axundov bir ata kimi keçirdiyi hissləri BTV-yə anlatdı.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da azadlığa çıxdıqdan sonra həbsdə olarkən dünyasını dəyişmiş valideynlərinin Ramana qəbristanlığındakı qəbirlərini daha sonra o, Şəhidlər Xiyabanını ziyarət edib.
BTV-yə verdiyi müsahibəsində ilk olaraq bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib daha sonra bütün siyası məhbusları azadlıqda görmək arzusunu bildirib.
Məhbusların Novruz bayramını öz ailələrinin yanında keçirməsi gözəl və alqışlanan təşəbbüsdür!