BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlı “qanuni oğru” hava limanını qana boyadı – FOTO/VİDEO

Azərbaycanlı “qanuni oğru” hava limanını qana boyadı – FOTO/VİDEO

22-03-2016, 17:46
Oxunub: 4 216  Azərbaycanlı “qanuni oğru” hava limanını qana boyadı – FOTO/VİDEOAzərbaycanı “qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski kimi tanınan Dadaş İbrahimovun bu günlərdə Rusiyadan deportasiyası zamanı ciddi insident baş verib

İnsident Kiyevdəki “Borispol” hava limanında qeydə alınıb.

Məlumatda qeyd edilir ki, Azərbaycana gələn Dadaş İbrahimov Kiyevə uçmaq üçün təyyarəyə bilet alıb. “Borispol” hava limanına düşdükdən sonra “qanuni oğru” birbaşa uçuş zonasında siqaret çəkmək qərarına gəlib. Qanun pozuntusu Ukraynanın patrul polislərinin gözündən yayınmayıb. Onlar Dadaş Bakinskiyə yaxınlaşıb xəbərdarlıq edəndə “qanuni oğru” aqressiv reaksiya verərək əcnəbi dildə qışqırmağa başlayıb.

“Müfəttişləri onun qanlı sifəti də narahat edib. Həmin şəxsə xəbərdarlıq edib onda hər şeyin qaydasında olması ilə maraqlananda, yenə xarici dildə qışqıraraq, bıçaq çıxarıb patrul əməkdaşlarına hücum çəkib”, - polislərdən biri jurnalistlərə deyib.

İnsident yerinə əlavə qüvvə çağırılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub, gözlənilmədən onun kürəyinə, özünün isə boynuna və qarnına zərbələr vurub. Dadaş Bakinski bundan sonra yıxılıb. Baş verən bu olay müşahidə kameralarında da əks olunub. (modern.az)

İbrahimovun qeyri-adekvat davranışını situasiya ilə tanış olan mənbə aydınlaşdırmağa çalışıb. Onun məlumatına görə, həmin gün “qanuni oğru” kokain təsiri altında olub, onun sifətində qan ləkələrinin olması isə polislərlə insidentə qədər öz yaxınlarından biri ilə dalaşması ilə izah olunub. Məlum olub ki, “qanun oğru” mübahisə zamanı öz opponentlərindən birinə bıçaqla ölümcül zərbə vurub.

Dadaş Bakinski hazırda Borispol rayon xəstəxanasındadır. Qətl və hüquq-mühafizə orqanı əməkdaşına sui-qəsdə cəhdə görə onun 15 il, yaxud daha çox müddətə azadlıqdan məhrum edilməsi gözlənilir.

 Azərbaycanlı “qanuni oğru” hava limanını qana boyadı – FOTO/VİDEO