BolgeXeber.Com » BÖLGƏ TV » Obama Arqentinada tanqo oynadı - VİDEO

Obama Arqentinada tanqo oynadı - VİDEO

24-03-2016, 10:57
Oxunub: 3 659 Obama Arqentinada tanqo oynadı - VİDEOPrezidentin tərəfdaşı professional rəqqasə olub

ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Arqentinada rəsmi ziyafət zamanı tanqo rəqsi oynayıblar.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ ev başçısının və onun xanımının tərəfdaşları professional rəqqaslar olub.

Arqentina prezidenti Maurisio Makri ziyafətdə qonaqları Latın Amerikası rəqsləri ilə əyləndirmək qərarına gəlib.

Obama əvvəlcə imtina etmək istəyirdi, lakin sonradan dəvəti qəbul edib. ABŞ-ın birinci xanımı Mişel Obama da professional rəqqasla tanqo oynamaq fürsətini əldən verməyib.

Xatırladaq ki, Barak Obama Arqentinaya martın 23-də gəlib.
Bolgexeber.com