BolgeXeber.Com » BÖLGƏ TV » Saxta rieltor qadını aldadıb, 2750 manatını mənimsədi - Video

Saxta rieltor qadını aldadıb, 2750 manatını mənimsədi - Video

25-03-2016, 09:34
Oxunub: 3 145 Saxta rieltor qadını aldadıb, 2750 manatını mənimsədi - VideoBakıda dələduzluq etməkdə şübhəli bilinən ev alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

Bolgexeber.com xezerxeber.com-a istinadən xəbər verir ki, 34 yaşlı Stanislav Bünyatovu Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları Bahar Əliyevanın şikayəti ilə tutublar.

Zərərçəkmiş Bahar Əliyeva polisə bildirib ki, ev almaq üçün rieltora müraciət edib. Stanislav Bünyatov qadına şirin vədlər verərək ona bir neçə ünvanda satılıq evin olduğunu bildirib və 2750 manat beh alıb.

Polis saxta rieltor kimi fəaliyyət göstərən Stanislav Bünyatovun bənzər əməllərinin olmasını istisina etmir.

Sumqayıt polisi isə evləri qarət edən şəxsi saxlayıb. Ceyranbatan bağları adlanan ərazidə yaşayan bir qrup sakin polisə şikayət edib ki, mənzilləri qarət edilib. Araşdırmalara başlayan polis hadisələri törətməkdə şübhəli bilinən Füzuli rayon sakini 45 yaşlı Şükür Quliyevi saxlayıb.

Şükür Quliyev evlərdən götürdüyü qızılların və pulun bir hissəsini qaytarsa da, qalan hissəsini satdığını deyib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.