BolgeXeber.Com » BÖLGƏ TV » Bakı-Şamaxı yolu sürüşdü - VİDEO

Bakı-Şamaxı yolu sürüşdü - VİDEO

26-03-2016, 11:23
Oxunub: 3 232 Bakı-Şamaxı yolu sürüşdü - VİDEOBakı-Şamaxı yolunda torpaq sürüşməsi baş verib. Nəticədə magistralda avtomobillərin hərəkətində çətinlik yaranıb. Hətta yolun bağlanmaq təhlükəsi də var

Bolgexeber.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, torpaq qatı parçalanaraq yola tərəf hərəkət edir, istinad divarının üzərindən magistrala tökülür.

Görüntülər Bakı-Şamaxı-Yevlax yolundandır.Son günlər havaların yağıntılı keçməsi səbəbindən yolun 106 və 107-ci kilomterliklərində torpaq sürüşməsi baş verib.

Ərazidə böyük yarğanlar əmələ gəlib,torpaq qatı uçaraq yola tökülüb.

Avtomobillərin hərəkətini tənzimləmək məqsədilə yol polisi əməkdaşları da əraziyə cəlb edilib. Şamaxı 9 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi yolu təmizləyərək avtomobillərini hərəkətini təmin edir. Lakin yolun bağlanmaq təhlükəsi də var.

Ötən il də ərazidə torpaq sürşməsi baş vermiş və bir neçə dəfə yol bağlannmışdı.