BolgeXeber.Com » BÖLGƏ TV » Təyyarəni qaçıran Atlanta universitetinin professoru imiş-Özü də arvadına görə qaçırıbmış-VİDEO

Təyyarəni qaçıran Atlanta universitetinin professoru imiş-Özü də arvadına görə qaçırıbmış-VİDEO

29-03-2016, 13:04
Oxunub: 2 977 Təyyarəni qaçıran Atlanta universitetinin professoru imiş-Özü də arvadına görə qaçırıbmış-VİDEOTəyyarəni qaçıran misirli İbrahim Samaha ABŞ-dakı Atlanta Universitetinin professoru imiş

Bunu “Əl-Əhram” qəzetinə Misirin güc strukturlarında bildiriblər.
Təyyarəni qaçıran Atlanta universitetinin professoru imiş-Özü də arvadına görə qaçırıbmış-VİDEO

* * *12:16

EgyptAir aviaşirkətinin A-320 təyyarəsinin bütün sərnişinləri azad olunub.

Bu barədə Avropa Parlamentinin sədri məlumat verib.

Müxtəlif mənbələrə görə, qaçırılan zaman təyyarənin göyərtəsində 50-dən 80-ə kimi sərnişin olub.

* * *12:10

İnternet istifadəçiləri bu gün EgyptAir aviaşirkətinin təyyarəsini qaçırmış Liviya qaçqını İbrahim Samahın fotoşəklini yayımlayıblar.

Bəzi məlumatlara görə, onun şəklini telefona təyyarədəki girovlardan biri çəkib.

#IbrahimSamaha onboard the #EgyptAir flight pic.twitter.com/jxuARxxdhU

— Rachel McArthur (@raychdigitalink) 29 марта 2016 г.
* * *11:36

"EgyptAir" aviaşirkətinə məxsus qaçırılmış təyyarənin bütün sərnişinləri azad edilib.

Təyyarənin göyərtəsində yalnız ekipaj üzvləri və daha 5 nəfər qalıb.

Azad olunan sərnişinlər artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb.




* * *11:22

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib.Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Hazırda Kipr hökumətinin üzvləri təyyarəni qaçıran şəxslə danışıqlar aparırlar.

* * *10:54

Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb.

"AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

"Associated Press" isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.

"El Balyad" xəbər portalının məlumatına görə, "EgyptAir" aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib.

AFP-in dəqiqləşdirməsinə görə, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var.

Məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşırlar.

* * *10:40

"EgyptAir" aviaşirkətinin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə TACC "Bloomberg"ə istinadən xəbər verib.

Reuters-in verdiyi ən son məlumata görə isə qaçırılan A-320 sərnişin təyyarəsi Kiprin Larnaka aeroportunda eniş edib.

Təyyarə İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edirmiş. Təyyarənin göyərtəsində 81 nəfərin olduğu bildirilir.




Virtualaz.org