Əməkdar artistin bankda 200 min dolları batdı - video
30-03-2016, 19:48
Oxunub: 4 324
“Üç il əvvəl bağlanmış “Royal Bank”da 200 min dollar əmanətim batıb”
Bolgexeber.com-un məlumatına görə, bunu APA-ya açıqlamasında əməkdar artist Yaqub Zurufçu deyib. Onun sözlərinə görə, bununla bağlı əlaqədar təşkilatlara müracitə etsə də, nəticəsi olmayıb:
“İndiyədək müraciət etmədiyim yer qalmayıb. Lakin heç bir nəticə yoxdur”.
“Royal Bank” ASC-nin ləğvedicisi olan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu isə açıqlamasında bildirib ki, adıçəkilən bank 2012-ci ilin avqust ayından iflas prosesindədir:
"Yaqub Zurufçu əmanətinin müəyyən hissəsini alıb. Hazırda “Royal Bank”ın əmanətçilərinə əmanətləri tam qaytarmağa maddi vəsaiti yoxdur. Qanuna əsasən, tranşla vəsait yığıldıqca, əmanətçilər arasında bölüşdürülür. Ona görə də ləğvedici tərəfindən verilmiş kreditlər üzrə yığımlar toplanılır, toplandıqca da hər kəsin, eləcə də Yaqub Zurufçunun əmanətinin müəyyən hissəsi ödənilib. Müəyyən zaman daxilində bütün ödənişlər başa çatdırılacaq. Hələlik zamana ehtiyac var. Çünki vəsait yığıldıqca hissə-hissə qaytarılır. Qeyd olunan məbləğin hamısı ödəniləcək, lakin proses hissə-hissə həyata keçiriləcək".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər