BolgeXeber.Com » BÖLGƏ TV » Bölgələrdən cəbhədəki olaylara münasibət-YARDIMLI

Bölgələrdən cəbhədəki olaylara münasibət-YARDIMLI

18-04-2016, 18:53
Oxunub: 3 807 Bölgələrdən cəbhədəki olaylara münasibət-YARDIMLIAprelin 1-dən 5-nə qədər cəbhə bölgəsində düşmənlə gedən mübarizə uşağından ahılına qədər hər kəsin içində yatıb qalmış vətənpərvərlik hisslərini oyatdı desək yanılmış olmarıq

Bu 4 gün ərzində itkimiz olsa da qazanclarımız da oldu.Başlıcası düşmənə gücümüzü,qüvvətimizi,torpaq uğrunda bir yumruq ola biləcəyimizi göstərdik.Düşmənin ürəyinə ox olub batdıq və düşmən anladı ki,Azərbaycan ordusu ilə göz-gözə gəlməyə onun cəsarəti çatmaz.Elə bu mövzu ilə bağlı Btv əməkdaşları bölgələrə yollanaraq orada yaşayan sakinlərin cəbhədə baş verən hadisələrə münasibətlərini öyrəndi.İlk olaraq Cənub bölgəsində yerləşən Yardımlı şəhərində olduq.Şəhərin 1 nömrəli orta məktəbinin şagirdləri bu günlər ərzində keçirtdikləri hissləri bizimlə bölüşdülər.
Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır.Nə qədər ki,vətənə bu cür bağlı olan, onun bir qarışı üçün əzmlə mübarizə aparmaq istəyən bu cür vətən övladları var,bu ölkənin kürəyi heç vaxt yerə gəlməz!
Aytən Yaşar
Niyaməddin Buludlu

Ayət Şükürlü
BTV