BolgeXeber.Com » BÖLGƏ TV » Bölgələrdən cəbhədəki olaylara münasibət-LERİK(VİDEO)

Bölgələrdən cəbhədəki olaylara münasibət-LERİK(VİDEO)

21-04-2016, 16:07
Oxunub: 4 171 Bölgələrdən cəbhədəki olaylara münasibət-LERİK(VİDEO)Bu 4 gün ərzində itkimiz olsa da qazanclarımız da oldu

Aprelin 1-dən 5-nə qədər cəbhə bölgəsində düşmənlə gedən mübarizə uşağından ahılına qədər hər kəsin içində yatıb qalmış vətənpərvərlik hisslərini oyatdı desək yanılmış olmarıq.Bu 4 gün ərzində itkimiz olsa da qazanclarımız da oldu.Başlıcası düşmənə gücümüzü,qüvvətimizi,torpaq uğrunda bir yumruq ola biləcəyimizi göstərdik.Düşmənin ürəyinə ox olub batdıq və düşmən anladı ki,Azərbaycan ordusu ilə göz-gözə gəlməyə onun cəsarəti çatmaz.Mövzu ilə bağlı bu dəfə əməkdaşlarımız Talış silsilə dağlarının əhatəsində yerləşən və ən qədim yaşayış məsknələrindən biri olan Lerik rayonuna yollandılar. Lerik rayon 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi bu günlər ərzində keçirtdikləri hissləri BTV ilə bölüşdülər.

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhramanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Aytən Yaşar
Niyaməddin Buludlu
Ayət Şükürlü
Btv