BolgeXeber.Com » BÖLGƏ TV » Bölgələrdən cəbhədəki olaylara münasibət-BİLƏSUVAR-CƏLİLABAD(VİDEO)

Bölgələrdən cəbhədəki olaylara münasibət-BİLƏSUVAR-CƏLİLABAD(VİDEO)

22-04-2016, 15:49
Oxunub: 2 717 Bölgələrdən cəbhədəki olaylara münasibət-BİLƏSUVAR-CƏLİLABAD(VİDEO)Aprelin 1-dən 5-nə qədər cəbhə bölgəsində düşmənlə gedən mübarizə uşağından ahılına qədər hər kəsin içində yatıb qalmış vətənpərvərlik hisslərini oyatdı desək yanılmış olmarıq

Bu 4 gün ərzində itkimiz olsa da qazanclarımız da oldu.Başlıcası düşmənə gücümüzü,qüvvətimizi,torpaq uğrunda bir yumruq ola biləcəyimizi göstərdik.Düşmənin ürəyinə ox olub batdıq və düşmən anladı ki,Azərbaycan ordusu ilə göz-gözə gəlməyə onun cəsarəti çatmaz.Bölgələrdən cəbhədəki olaylara münasibət mövzusunu bu dəfə Cənub bölgəsinin ən qədim rayonlarından olan Biləsuvar və Cəlilabadda davam etdirdik.Hər iki rayonun tələbə,şagird,müəllim heyəti bu günlər ərzində keçirtdikləri hissləri BTV ilə bölüşdülər.
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər.
Aytən Yaşar
Niyaməddin Buludlu
Ayət Şükürlü
BTV