BolgeXeber.Com » BÖLGƏ TV » Qadın sürücü Bakıda yol polisinə «dərs keçdi» - VİDEO

Qadın sürücü Bakıda yol polisinə «dərs keçdi» - VİDEO

27-04-2016, 18:51
Oxunub: 3 062 Qadın sürücü Bakıda yol polisinə «dərs keçdi» - VİDEOBakının mərkəzində xanım sürücü idarə etdiyi avtomobillə onun yoluna çıxan 10 YP 478 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan inspektorlara irad tutub

Avtosfer.az xəbər verir ki, nizamlanmayan yolayrıcıda sağdan hərəkət edən nəqliyyat vasitəsini buraxmayan yol polisi ekipajı qəza şəraiti yaradır. Sürücü əminliklə yolun onun olmasını bildirir, polis inspektoru isə sürücünün bayramını (güman ki, Novruz bayramında çəkilib) təbrik edərək uzaqlaşır. Maraqlıdır ki, kadra yol polisindən başqa yol hərəkəti qaydalarını pozan post patrul maşını da düşüb. Həmçinin Bakı taksisi də yaşıl işığın yanmasını gözləmədən yolayrıcını keçir, amma yol polisi onlara əhəmiyyət vermir.

Qeyd edək ki, sürücülər üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinə yalnız göy və qırmızı işıqları yanılı olduğu və ya xüsusi səs siqnallarından istifadə etdikləri halda yol verməyə borcludurlar.
Bolgexeber.com