BolgeXeber.Com » BÖLGƏ TV » Dünyanın ən yüksək şəlaləsi... - VİDEO

Dünyanın ən yüksək şəlaləsi... - VİDEO

2-05-2016, 16:20
Oxunub: 3 197 Dünyanın ən yüksək şəlaləsi... - VİDEOVenesuellada yerləşən "Anhel Falls" şəlaləsi dünyanın ən yüksək şəlaləsidir

Qayanrinfo.az xəbər verir ki, yüksəkliyi 979 metr, enişi 807 metrdir.

Anhel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1059 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anhelin şərəfinə qoyulmuşdur, 1935 – ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.

Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə.

Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir.