BolgeXeber.Com » BÖLGƏ TV » Salyan inkişaf yolunda-VİDEO

Salyan inkişaf yolunda-VİDEO

9-05-2016, 10:54
Oxunub: 3 390 Salyan inkişaf yolunda-VİDEOQısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi,şəhərin abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Salyan tutur.
Salyanda artıq bir müddətdir ki,tikinti, abadlıq və quruculuq işlərinə start verilib.Təbii ki,şəhər üçün görülən bu işlər də yerli sakinlərin ürəyincədir.Belə ki.şəhərdə yaşaıy evlərinin dam örtüyü təzələnir,bir sıra kəndlərə qaz çəkilişi olunub eləcə də sıradan çıxmış su və çirkab su boruları yenisi ilə əvəz olunub.Bundan əlavə şəhərdə sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir.Salyan şəhər İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Salyana rəhbər təyin olunan ilk gündən şəhər üçün əlindən gələni əsirgəmir.
Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi,şəhərin abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Salyanda görüləcək işlər çoxdur.
Onu da bildirək ki, hazırda Salyan yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verib. Sevindik Hətəmovun rəhbərliyi altında keçirilən bu işlər tezliklə öz bəhrəsini verəcək!
Bolgexeber.com