BolgeXeber.Com » BÖLGƏ TV » Şəhid Əli Heydərov dəfn edildi-VIDEO

Şəhid Əli Heydərov dəfn edildi-VIDEO

10-05-2016, 10:52
Oxunub: 5 625 Şəhid Əli Heydərov dəfn edildi-VIDEOMayın 8-də qoşunların təmas xəttində ermənilərlə atışmada şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Əli Heydərov dəfn edilib

Şəhid mayın 9-da yaşadığı Abşeron rayonun Qobu qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları,Abşeron rayon icra Hakimiyyətinin başçısı ,qəsəbə sakinləri iştirak ediblər.Şəhid yaylım atəşləri altında torpağa tapşırılıb.Şəhidin tabutuna sərilən üçrəngli Azərbaycan bayrağı isə onun atasına təhvil verilib.
Bildirək ki,Əli Heydərov Bakının Qobu qəsəbəsindən hərbi qulluğa çağırılıb. Yaxınlarının verdiyi məlumata görə, mayın 10-da onun ad günü olmalı idi.
Qeyd edək ki,Əli Heydərov cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olub.
Bolgexeber.com