BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda sərxoş qadın sürücü polislərə çətin anlar yaşatdı - VİDEO

Bakıda sərxoş qadın sürücü polislərə çətin anlar yaşatdı - VİDEO

11-05-2016, 09:06
Oxunub: 2 945 Bakıda sərxoş qadın sürücü polislərə çətin anlar yaşatdı - VİDEOSürücü polisin əmrinə tabe olmayıb

Bakıda minik avtomobilini sərxoş vəziyyətdə idarə edən qadın sürücü saxlanılıb.

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılan sürücü sənədlərini təqdim etməkdən və alkoqol testindən imtina edib.

Maşındakı qadın sərnişin də içkili vəziyyətdə olub.

Nəticədə polisin əmrinə tabe olmayan sürücü Yasamal rayon 29-cü Polis bölməsinə, “90-ZF-304” qeydiyyat nişanlı “Mazda CX5” markalı maşın isə cərimə meydançasına aparılıb.

Sürücünün şəxsiyyəti müəyyənləşdirilir.